23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu xəstələri müalicə etmək lazım deyil - Nazirlikdən SENSASİON AÇIQLAMA

Bu xəstələri müalicə etmək lazım deyil - Nazirlikdən SENSASİON AÇIQLAMA

“COVID-19 asimptomatik xəstələrini müalicə etmək lazım deyil”.

gununnebzi.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ölkənin Səhiyyə Nazirliyi tərəfindən verilib.

“Bununla belə asimptomatik xəstələr koronavirus daşıyıcısı hesab olunduğu üçün karantin qaydalarına ciddi riayət etməlidirlər. Eyni zamanda, özünü təcrid etmək vacibdir. Onlara terapiya tələb olunmur”, - deyə nazirliyin saytında qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmətin sədri Anna Popova simptomları olmayan xəstələrin sayı barədə danışmışdı. Onun sözlərinə görə, ölkənin bir sıra bölgələrində asimptomatik koronavirus xəstələrinin sayı 50 faizə çatır.

Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripunun məlumatına əsasən, şəhərdə insanların əksəriyyətində müvafiq simptomları olmayan koronavirus aşkar edilib.


Tarix: 29-04-2020, 16:49 Oxunub: 78


Bölməyə aid digər xəbərlər