10:22 / 19-12-2024
Neftimiz bahalaşdı
18:09 / 18-12-2024
Sabah da qar yağacaq
17:57 / 18-12-2024
Həbs müddətləri azaldıldı
“Hamı bilsin ki, bizim bununla heç bir əlaqəmiz yoxdur”

“Hamı bilsin ki, bizim bununla heç bir əlaqəmiz yoxdur”

“Rusiyanın Belarus və Avropa İttifaqı sərhədində yaşanan miqrant böhranı ilə heç bir əlaqəsi yoxdur”.

GununNebzi.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə mediasına verdiyi müsahibəsində deyib.

“İstəyirəm hamı bilsin ki, bizim bununla heç bir əlaqəmiz yoxdur. Hər kəs hər hansısa bir səbəbdən və ümumiyyətlə, heç bir səbəb olmadan üzərimizə hər hansı məsuliyyət qoymaq üçün çalışır”, - deyə Putin qeyd edib.

Onun sözlərinə görə, Rusiya aviaşirkətləri hazırda Belarus və Aİ sərhədində olan miqrantları daşımırlar.

Putin həmçinin vurğulayıb ki, Qərb ölkələri özləri miqrant böhranı yaradıblar. Rusiya Prezidenti əlavə edib ki, miqrant böhranının həlli həm Belarusun, həm də Aİ-nın maraqlarına uyğun olaraq tapılmalıdır.

Tarix: 13-11-2021, 14:11 Oxunub: 195


Bölməyə aid digər xəbərlər
17-06-2021, 17:53 Putindən yeni açıqlama