01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Zaxarova: “Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırdır”

Zaxarova: “Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırdır”

Moskva Ankara və İrəvanın münasibətləri normallaşdırmaq niyyətini alqışlayır və regionda ümumi vəziyyətin sağlamlaşması naminə bu prosesə kömək etməyə hazırdır.

GununNebzi.az TASS-ya istinadən xəbər verir ki, Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin yaxşılaşmasına töhfə verər, regionda və təbii ki, ölkələr və xalqlar arasında sağlam etimad və mehriban qonşuluq mühitinin yaradılmasına kömək edərdi. Bu nöqteyi-nəzərdən tərəflərin normallaşma məsələlərini müzakirə etmək üçün ikitərəfli dialoqa başlamaq niyyətini alqışlayırıq. Xüsusi nümayəndələrin təyin edilməsi bu niyyətin reallaması istiqamətində məntiqli və ağlabatan bir addımdır. Biz öz tərəfimizdən mümkün olan hər şəkildə bu prosesə kömək etməyə hazırıq”, deyə Zaxarova qeyd edib.

Tarix: 15-12-2021, 19:49 Oxunub: 370


Bölməyə aid digər xəbərlər