23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Jirinovski yeni il gecəsi Ukraynanı bombalamağa çağırdı

Jirinovski yeni il gecəsi Ukraynanı bombalamağa çağırdı

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Birinci Kanal”ın efirində Yeni il gecəsində Ukrayna və Qərb ölkələrinin ərazisinə bombalı zərbələr endirməyə çağırıb.

Siyasətçi əlavə edib ki, prezident səlahiyyətləri olsaydı, özü belə bir sərəncam verərdi.

“Sadəcə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bombalamaq lazımdır. Səhər dörddə, səhər beşdə. Artıq hamı sərxoş olanda. Onların hamısını bombalamağa ehtiyac yoxdur! Ancaq seçməklə - kimini cəzalandırmaq, kiminisə qorxutmaq üçün”,- deyə Jirinovski bildirib.

Qeyd edək ki, dekabrın 26-da Jirinovski Ukraynanı tamamilə Rusiyaya birləşdirməyi təklif edib. Siyasətçi əmindir ki, Rusiya hakimiyyəti üçün belə bir əməliyyata Vaşinqtonun razılığını almaq elə də çətin deyil.

Mənbə: Lenra.ru

Tarix: 28-12-2021, 09:26 Oxunub: 240


Bölməyə aid digər xəbərlər