23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ATƏT-ə bir il bu ölkə sədrlik edəcək

ATƏT-ə bir il bu ölkə sədrlik edəcək

Polşa yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi İsveçdən qəbul edib.

GununNebzi.az
“TASS”a istinadən xəbər verir ki, Polşa bu gündən etibarən 1 il müddətinə bu beynəlxalq təşkilatda koordinator funksiyasını yerinə yetirəcək.

Polşanın Baş naziri Mateuş Moravietskinin sözlərinə görə, ölkəsi hər hansı təhdidlər qeydə alınarsa, Aİ və NATO-dakı tərəfdaşlara müvafiq siqnallar göndərməklə, dünyanın bu hissəsində sülh və təhlükəsizliyin qeydinə qalmaq üçün hər şeyi edəcək.

Polşanın ATƏT-ə sədrliyinin tam proqramı yanvar ayında Vyana şəhərində təqdim olunacaq.

Qeyd edək ki, ATƏT-ə 57 ölkə daxildir.

Tarix: 1-01-2022, 11:50 Oxunub: 164


Bölməyə aid digər xəbərlər