23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Aeroflot” Almatıya uçuşları ləğv etdi

“Aeroflot” Almatıya uçuşları ləğv etdi

Rusiyanın “Aeroflot” milli aviadaşıyıcısı Qazaxıstanda hökumət əleyhinə etirazlar fonunda Moskva-Almatı reysini ləğv edib.

GununNebzi.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, saat 20:55-də gerçəkləşməli olan reys ləğv olunub. Bu barədə Şeremetyevo hava limanının uçuş cədvəlində də qeyd edilib. “Aeroflot”un Moskvadan Nur-Sultana reysi isə hazırda cədvəl üzrə olduğu kimi qalır.

Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin ikiqat bahalaşması əleyhinə aksiyalar başlayıb. Etirazlar digər şəhərlərə də yayılıb. Bu gün səhər saatlarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

Tarix: 5-01-2022, 19:22 Oxunub: 231


Bölməyə aid digər xəbərlər