15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Nazarbayev ölüb, basdırıblar” - Jirinovski

“Nazarbayev ölüb, basdırıblar” - Jirinovski

Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan öldüyünü və dəfn edildiyini deyib. Siyasətçini bu fikrə eks-dövlət başçısının uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması vadar edib.

GununNebzi.az
xəbər verir ki, o, bu barədə “Komsomolskaya Pravda” radiosunun efirində danışıb.

“Məncə, o, çoxdan vəfat edib. Çoxdan ölüb və basdırılıb. Müsəlmanlar eyni gündə dəfn edirlər. Yəni sakitcə gizlən, heç nə demə və sağ ol? Mümkün deyil, bu istisnadır", - deyə Jirinovski bildirib.

O, həmçinin əlavə edib ki, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş sədri Kərim Maksimov dərhal həbs edilib.

Siyasətçi qeyd edib ki, hadisələrin bu cür gedişatı “Şərqdə normal sayılır”. Xalq Nazarbayevə kütləvi şəkildə qarşı çıxdığına görə eks-prezidentdən qurtula da bilərdilər.

Qeyd edək ki, daha əvvəl eyni fikri “Lenta.ru”ya politoloq, Siyasi Ekspertlər Qrupunun rəhbəri Konstantin Kalaçev da bildirmişdi. Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidenti Nazarbayevin ölkədəki böhran fonunda susması onun artıq öldüyünü və ya fəaliyyət qabiliyyətini itirdiyini deməyə əsas verir.

Ekspert qeyd edib ki, siyasətçinin ölümünün elan edilməsi ölkədə sabitliyi daha da pozacaqdı. Kalaçevin fikrincə, Nazarbayevin vəziyyəti ilə bağlı məsələ yaxın günlərdə bilinəcək.“Qafqazinfo”

Tarix: 15-01-2022, 20:44 Oxunub: 430


Bölməyə aid digər xəbərlər