23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazaxıstanda iğtişaşlarda ölənlərin sayı açıqlandı

Qazaxıstanda iğtişaşlarda ölənlərin sayı açıqlandı

Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər ölüb, 4,5 mindən çox insan xəsarət alıb.

GununNebzi.az
TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü keçirdiyi brifinqdə Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev məlumat verib.

"Bu günə kimi 4578 qurbanın şəxsiyyəti müəyyən edilib, onlardan 4353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına təhvil verilib. Həlak olanlar arasında 19 polis və hərbçi də var ", - Şalabayev əlavə edib.

Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən 225 nəfərdən 175-i tibb müəssisələrində dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib və bir neçə gün sonra iğtişaşlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, ölkənin bütün bölgələrində konstitusiya quruluşu bərpa olunub.

Tarix: 15-01-2022, 20:46 Oxunub: 97


Bölməyə aid digər xəbərlər