21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Bıçaqlandı, xəstəxanaya aparılarkən öldü

Bıçaqlandı, xəstəxanaya aparılarkən öldü

Yanvarın 17-si saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Prokurorluqdan verilən məlumata görə, zərərçəkmişin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix: 17-01-2022, 10:43 Oxunub: 202


Bölməyə aid digər xəbərlər