11:49 / 07-01-2025
Onlara yeni vəzifə verildi
Rusiyada bir evdən dörd uşaq yanaraq həlak oldu

Rusiyada bir evdən dörd uşaq yanaraq həlak oldu

Arxangelsk vilayətinin Plesetsk kəndində baş vermiş yanğın söndürülərkən beş nəfərin cəsədi tapılıb. Qurbanlardan dördü uşaqdı.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, yanğın 12 mənzilli taxta konstruksiyalı ikimərtəbəli evdə baş verib. 37 yaşlı qadın və onun 3-12 yaşlı dörd övladı həlak olub. Evin qalan sakinləri xəsarət almayıb.

Yanğının ehtimal olunan səbəbi elektrik sobasının nasazlığıdır.

Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.

Tarix: 29-01-2022, 20:46 Oxunub: 230


Bölməyə aid digər xəbərlər