01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Belarus səfiri Ermənistan XİN-ə çağırıldı

Belarus səfiri Ermənistan XİN-ə çağırıldı

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk çərşənbə axşamı Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan təsdiqləyib.

“Belarus səfiri Xarici İşlər Nazirliyində olub”, - deyə Unanyan görüşün təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində yeni ölkələrin Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasının mümkün perspektivlərini şərh edərkən deyib ki, “Ermənistanın getməyə yeri yoxdur”.

Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, “Belarus prezidentinin bir növ geosiyasi təhlili ilk növbədə özünün daxili siyasi gündəliyi üçün nəzərdə tutulub və Ermənistan və onun xarici siyasəti ilə heç bir əlaqəsi yoxdur”.

Tarix: 8-02-2022, 22:01 Oxunub: 134


Bölməyə aid digər xəbərlər