23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İsrail Ukraynadakı vətəndaşlarını geri qayıtmağa çağırır

[center]İsrail Ukraynadakı vətəndaşlarını geri qayıtmağa çağırır[center]
İsrail Ukraynadakı səfirliyini Kiyevdən Lvova köçürür və vətəndaşlarını geri qayıtmağa çağırır.

GununNebzi.az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“İsrailin Kiyevdəki səfirliyinin fəaliyyəti Lvova köçürülür. Bu gün Xarici İşlər Nazirliyində keçirilən vəziyyətin qiymətləndirilməsi və bir sıra xarici mənbələrlə məsləhətləşmələrdən sonra İsrailin xarici işlər naziri Yair Lapid İsrailin Kiyevdəki səfirliyinin əməkdaşlarına göstəriş vermək qərarına gəlib. Ukraynadakı səfirlik Ukraynanın qərbində yerləşən Lvov şəhərində açılan konsulluğa köçəcək”, - məlumatda qeyd olunur.


Tarix: 22-02-2022, 06:57 Oxunub: 153


Bölməyə aid digər xəbərlər