23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“DXR” və “LXR”in tanınması Qazaxıstanın gündəliyində deyil”

“DXR” və “LXR”in tanınması Qazaxıstanın gündəliyində deyil”

Qondarma Donetsk və Luqansk Xalq Respublikalarının Qazaxıstan tərəfindən tanınması ölkənin gündəliyində deyil”.

GununNebzi.az“TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə ölkənin Baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tleuberdi açıqlayıb.

“Hazırda Qazaxıstanın rəsmi mövqeyi hazırlanır. Yaxın saatlarda Qazaxıstanın Təhlükəsizlik Şurasının iclası keçiriləcək və iclas zamanı biz rəsmi mövqeyimizi qəbul edəcəyik. Lakin qeyd etmək istəyirəm ki, “DXR” və “LXR”in tanınması barədə məsələ gündəlikdə deyil”, - deyə Tleuberdi bildirib.

Nazir, həmçinin əlavə edib ki, Qazaxıstan beynəlxalq ictimaiyyəti Ukrayna ətrafındakı vəziyyəti diplomatik üsullarla həllinə çağırır.

Qeyd edək ki, Qazaxıstanın Kiyevdəki səfirliyi hazırda işini davam etdirir. Bununla yanaşı, qazaxıstanlıların ölkədən mümkün təxliyəsi yolları nəzərdən keçirilir.

Tarix: 22-02-2022, 09:57 Oxunub: 36


Bölməyə aid digər xəbərlər