23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Aİ Zaxarova, Solovyov və Simonyana sanksiya tətbiq edə bilər

Aİ Zaxarova, Solovyov və Simonyana sanksiya tətbiq edə bilər

Avropa İttifaqı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və teleaparıcı Vladimir Solovyova qarşı sanksiyalar tətbiq edə bilər.

GununNebzi.az
xəbər verir ki, bu barədə “Financial Times” əldə etdiyi siyahıya əsasən məlumat yayıb.

“Rusiyanın tanınmış və nüfuzlu teleaparıcısı Vladimir Solovyov və Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da sanksiyalara məruz qalacaq”, - qəzet yazır.

Bir müddət əvvəl Amerikanın “Politico” nəşri Aİ-nin “Rossiya seqodnya” xəbər agentliyinin və RT telekanalının baş redaktoru Marqarita Simonyana və Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirmişdi.“Qafqazinfo”

Tarix: 23-02-2022, 23:11 Oxunub: 111


Bölməyə aid digər xəbərlər