23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Zəruri olan hər şeyi etməyə qətiyyətliyik - G7 ölkələrindən BƏYANAT

Zəruri olan hər şeyi etməyə qətiyyətliyik - G7 ölkələrindən BƏYANAT

G7 ölkələrinin liderləri virtual iclasdan sonra birgə bəyanat yayıb.

GununNebzi.az-
ın CNN-ə istinadən xəbərinə görə, bəyanatda qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin özünü tarixin yanlış tərəfinə qoyub və Avropa qitəsinə müharibəni yenidən gətirib.
"Biz təkrarlanan təkliflərimizə baxmayaraq, Prezident Putinin Avropa təhlükəsizliyinə aid sualların həlli üçün diplomatiyada iştirakdan inadla imtina etməsini qınayırıq. Biz NATO, Avropa İttifaqı və üzv ölkələr, həmçinin Ukrayna da daxil olmaqla tərəfdaşlarımızla birlikdəyik, bütövlük və qayda-qanunlara əsaslanan beynəlxalq nizamın qorunması üçün zəruri olan hər şeyi etməyə qətiyyətliyik”, - bəyanatda qeyd olunub.

G7 liderlərinin iclasının təxminən 1 saat davam etdiyi bildirilib.

İclasda ABŞ Prezidenti Co Bayden, Almaniya Kansleri Olaf Şolts, Kanada Baş naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Mario Draqi, Yaponiya Baş naziri Kişida Fumio, Böyük Britaniya Baş naziri Boris Conson, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və NATO Baş katibi Yens Stoltenberq iştirak edib."Unikal"

Tarix: 24-02-2022, 21:14 Oxunub: 87


Bölməyə aid digər xəbərlər