23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kanada da Putin və Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

Kanada da Putin və Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

Kanada Ukraynaya hücuma görə Rusiyaya qarşı sərt sanksiyalar paketi tətbiq edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Kanadanın maliyyə naziri Kristia Friland özünün feysbuk səhifəsində məlumat verib.

“Bu gün biz əlavə addımlar atırıq. Ukraynaya vəhşicəsinə hücumuna görə Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq edirik. Rusiyanın SWIFT beynəlxalq bank sistemindən dərhal çıxarılmasını tələb edirik. Rusiyanın işğalında iştirak edən Belarus liderinə qarşı da sanksiyalar tətbiq edirik. Ukrayna xalqına dəstək olaraq Qızıl Xaç Cəmiyyətinə ianələr verəcəyik. Biz müttəfiqlərimizin və cəsur Ukrayna xalqının öz demokratiyası uğrunda mübarizəsində yanındayıq. Ukraynaya şöhrət!”.(Qafqazinfon)

Tarix: 26-02-2022, 09:02 Oxunub: 123


Bölməyə aid digər xəbərlər