23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ Ukraynaya 350 milyon dollarlıq hərbi yardım ayırdı

ABŞ Ukraynaya 350 milyon dollarlıq hərbi yardım ayırdı

ABŞ Dövlət katibi Entoni Blinken Pentaqona Ukrayna Silahlı Qüvvələrinə 350 milyon dollarlıq hərbi yardım etməsini tapşırıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Blinken yazılı açıqlama yayıb.

“Ukrayna suveren, demokratik və sülhsevər bir millətdir. ABŞ Ukrayna ilə 30 ildir tərəfdaşdır. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən sonra ABŞ Ukraynaya müdafiə yardımlarını artırıb.

Bu gün Ukrayna Rusiyanın qəddar və lazımsız hücumlarına qarşı cəsarət və şərəfi ilə mübarizə apararkən, mən də Prezident Baydenin verdiyi səlahiyyətlə Pentaqonu Ukraynaya 350 milyon dollarlıq təcili müdafiə yardımı göstərilməsi üçün təlimatlandırdım”, - Blinken vurğulayıb.

Dövlət katibi əlavə edib ki, bu yardımla ABŞ-ın son bir il içində Ukraynaya köməyi 1 milyard dolları ötəcək:

“Bu paket Ukraynanın indi qarşılaşdığı silahlı hücum, hava hücumu və digər təhdidlərlə mübarizə aparması üçün ölümcül müdafiə yardımını ehtiva edəcək”.

Tarix: 26-02-2022, 19:54 Oxunub: 69


Bölməyə aid digər xəbərlər