23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Lavrov sanksiyalara görə Cenevrədəki iclasa gedə bilmir

Lavrov sanksiyalara görə Cenevrədəki iclasa gedə bilmir

Rusiyanın Ukraynaya qarşı başlatdığı xüsusi hərbi əməliyyat səbəbindən bəzi Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə və hava məkanını Rusiya təyyarələri üçün bağlamağa başlayıb.

GununNebzi.az
xarici mediaya istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyəti Qərb ölkələri öz hava məkanını Rusiya üçün bağladığından İsveçrənin Cenevrə şəhərində keçiriləcək BMT-nin İnsan Hüquqları Şurasının iclasında iştirak edə bilməyəcək.

İclas martın 1-i keçiriləcək. Bununla yanaşı, Rusiya nümayəndə heyətinin Cenevrə şəhərinə çatdırılması üçün BMT-yə müraciət ünvanlanıb.

Qeyd edək ki, Rusiya aviaşirkətləri üçün öz hava məkanını bağlayan ölkələrin sayı artır. Bu ölkələr sırasında Norveç, Fransa, İtaliya, Niderland, Almaniya, Danimarka, Avstriya, İrlandiya, İsveç, Belçika və İslandiya var.

Tarix: 28-02-2022, 10:46 Oxunub: 30


Bölməyə aid digər xəbərlər