23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Zelenski generalı Kiyev Hərbi Administrasiyasına rəhbər təyin etdi

Zelenski generalı Kiyev Hərbi Administrasiyasına rəhbər təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasına yeni rəhbər təyin edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Zelenski bu gün keçirdiyi brifinqdə məlumat verib.

Bu vəzifəni Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Nikolay Jirnov tutub.

Vitali Kliçko isə şəhər meri postunda qalıb: “Kliçko Jirnov ilə Kiyevin yaxşı şəkildə müdafiəsi üçün əməkdaşlıq edəcəklər. Müharibə bitdikdən sonra Kliçko öz səlahiyyətlərini geri qaytaracaq”.

Zelenskinin sözlərinə görə, Nikolay Jirnov 2014-2015-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin döyüş əməliyyatlarının mühəndis-istehkam birliklərini yüksək səviyyədə təşkil edib. Hazırda o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında Hərbi Təhlükəsizlik Xidmətinin dövlət ekspertidir.

Tarix: 1-03-2022, 16:12 Oxunub: 70


Bölməyə aid digər xəbərlər
14-02-2022, 23:32 Zelenski xalqa müraciət etdi