01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Aİ Rusiyaya qarşı dördüncü sanksiyalar paketini hazırlayır

Aİ Rusiyaya qarşı dördüncü sanksiyalar paketini hazırlayır

Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı dördüncü sanksiyalar paketini hazırlayır.

GununNebzi.az TASS-ya istinadən xəbər verir ki, Bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib.

“Biz artıq güclü sanksiyalar tətbiq etmişik. Dördüncü paket üzərində işləyirik. Cümə günü Avropa İttifaqı xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenlə xüsusi görüşü olacaq”, - deyə o qeyd edib.

Şallenberq Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin artıq öz təsirini göstərdiyi qənaətindədir:

“Birjalar bağlanıb. Rubl xeyli ucuzlaşır. Avropa İttifaqı ilk dəfə əzələlərini nümayiş etdirdi”.

Avstriya xarici işlər nazirinin sözlərinə görə, yeni sanksiyalar böyük iş adamlarına təsir edəcək, xüsusi siyahılar hazırlanır:

“Növbəti əsas hədəf, belə demək mümkünsə, yuxarılar, oliqarxlar olacaq”.

Nazir başqa sanksiyaların ola biləcəyini də deyib, lakin təfərrüata varmayıb

Tarix: 2-03-2022, 16:45 Oxunub: 45


Bölməyə aid digər xəbərlər