23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Britaniya 7 məşhur rusiyalını “qara siyahı”ya saldı

Britaniya 7 məşhur rusiyalını “qara siyahı”ya saldı

Böyük Britaniya martın 10-u Rusiyaya qarşı tətbiq edilən sanksiyaları genişləndirib və daha 7 rusiyalını “qara siyahı”ya salıb.

GununNebzi.az
“TASS”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, sözügedən şəxslər “Rosneft” şirkətinin rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “VTB Bank”ın rəhbəri Andrey Kostin, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, sahibkar Oleq Deripaska (EN+ Group), “Rusiya” bankının Direktorlar Şurasının sədri Dmitri Lebedev və “Transneft” şirkətinin rəhbəri Nikolay Tokarevdir.

Bildirilir ki, həmin şəxslərin Böyük Britaniya ərazisinə girişi qadağan olunub və onların ölkədəki aktivləri dondurulacaq. Onların, həmçinin britaniyalı fiziki və hüquqi şəxslərlə müqavilə həyata keçirməsi qadağan edilib.

Tarix: 10-03-2022, 14:27 Oxunub: 138


Bölməyə aid digər xəbərlər
18-08-2020, 20:30 Nazir səfirlə görüşdü