01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
13 ölkə Ukrayna üçün birləşdi - KRİTİK BƏYANAT

13 ölkə Ukrayna üçün birləşdi - KRİTİK BƏYANAT

13 ölkənin parlamentariləri “Ukraynanın hava hücumundan müdafiə sisteminin təcili modernləşdirilməsinin zəruriliyi haqqında” birgə bəyanat imzalayıblar.

GununNebzi.az
xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk məlumat verib.

“Bu gün dostlarımız - Çexiya, Estoniya, Polşa, Fransa, Gürcüstan, Almaniya, İrlandiya, Latviya, Litva, Niderland, İsveç, Böyük Britaniya, ABŞ parlamentariləri birgə müdafiə bəyanatı imzaladılar” - o bildirib.

Stefançukun sözlərinə görə, bəyanatda qeyd olunur ki, bütün bu ölkələr Ukraynanın yanındadır və ölkənin müdafiəsinə qalxacaqlar.

O əlavə edib ki, dünyanın müxtəlif ölkələrinin nümayəndələri Ukraynada sülhün bərqərar olması üçün qətiyyətli addımların atılmasını tələb edirlər. Məhz Ukraynanın hərbi və mülki müdafiəsini dəstəkləmək, hava məkanını qorumaq və Ukrayna ərazisində Rusiya texnikasının hərəkətini dayandırmaq tank və zenit silahların tədarükü ilə edilə bilər: “Humanitar yardım göstərin - atəşə tutulan və bombalanan Ukrayna şəhərlərinə ərzaq və dərmanların çatdırılmasını təmin edin; yaralıları və qaçqınları xilas edin. Bütün qonşu dövlətlər üçün təhlükə yaradan Ukrayna nüvə obyektlərini qoruyun. Rusiyanın Cenevrə Konvensiyaları ilə tələblərə əməl etmək məsuliyyətini dərk etməsi vacibdir”.(Publika.az)

Tarix: 21-03-2022, 18:12 Oxunub: 192


Bölməyə aid digər xəbərlər