23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Böyük Britaniya Ukraynaya daha 6 min vahid silah göndərəcək

Böyük Britaniya Ukraynaya daha 6 min vahid silah göndərəcək

Böyük Britaniya Ukraynaya daha 6 min vahid silah göndərmək niyyətindədir.

GununNebzi.az
TASS-a istinadən xəbər verir ki, Bu barədə Avropa İttifaqı, G7 və NATO-nun martın 24-25-də Brüsseldə keçiriləcək sammitləri ərəfəsində baş nazir Boris Consonun ofisinin yaydığı məlumatda deyilir.

Ofisdə qeyd edilib ki, səfər zamanı hökumət başçısı Kiyevə yeni hərbi yardım paketini, o cümlədən tank əleyhinə raketlər də daxil olmaqla daha ​​altı min raketin göndərilməsini elan edəcək. Böyük Britaniya artıq Ukraynaya 4000-dən çox “Javelin” və NLAW tank əleyhinə raket kompleksləri göndərib.

“Böyük Britaniya müttəfiqləri ilə birlikdə Ukraynaya hərbi və iqtisadi dəstəyi artıracaq”, - deyə sənəddə bildirilib.

London bundan əlavə, Ukrayna hərbçilərinə maaşların ödənilməsi üçün Krallığın Xarici İşlər Nazirliyinin münaqişə zonalarında sabitliyi və təhlükəsizliyi təmin etmək üçün xüsusi fondundan 25 milyon funt-sterlinq (təxminən 56 milyon manat - red.) ayırmaq niyyətindədir. BBC Yayım Korporasiyasının dünya xidməti Rusiya və Ukraynada “dezinformasiya”ya qarşı mübarizə üçün daha 4,1 milyon funt-sterlinq (təxminən 9,2 milyon manat – red.) alacaq. Böyük Britaniyanın Ukraynadakı hərbi əməliyyatları araşdırmağa başlayan Beynəlxalq Cinayət Məhkəməsinin maliyyələşdirilməsinə 1 milyon funt-sterlinq (təxminən 2,2 milyon manat - red.) ayıracağı da gözlənilir.

Tarix: 24-03-2022, 11:15 Oxunub: 442


Bölməyə aid digər xəbərlər