23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kuleba: “Ukrayna ABŞ, Avropa və Türkiyə ilə təhlükəsizlik zəmanətinə dair danışıqlar aparır”

Kuleba: “Ukrayna ABŞ, Avropa və Türkiyə ilə təhlükəsizlik zəmanətinə dair danışıqlar aparır”

Kiyev ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə ilə təhlükəsizlik zəmanətinə dair danışıqlar aparır.

GununNebzi.az RİA Novosti-yə istinadən xəbər verir ki, Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib.

“Bəli, biz ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə ilə onların bu modeldə mümkün iştirakı ilə bağlı danışıqlar aparırıq. Onlar bu ideyaya müsbət yanaşıblar. Bu məsələ hələ müzakirə edilsə də, onların ilkin reaksiyalarından razıyam”, - deyə Kuleba İspaniyanın “Pais” qəzetinə müsahibəsində bildirib.

Ukrayna XİN rəhbəri bunun Kiyevin həmin ölkələrlə müzakirə etdikləri yeganə məsələ olduğunu vurğulayıb.

“Qalan məsələlər isə Rusiya ilə Ukrayna arasındakı danışıqların bir hissəsidir”, - deyə Kuleba qeyd edib.


Tarix: 24-03-2022, 16:43 Oxunub: 180


Bölməyə aid digər xəbərlər