16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Ukrayna nümayəndə heyətinə danışıqlarda heç nə yeyib-içməmək tapşırılıb

Ukrayna nümayəndə heyətinə danışıqlarda heç nə yeyib-içməmək tapşırılıb

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu gün İstanbulda danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Rusiya nümayəndə heyəti ilə müzakirələrdə yeyib-içməməyi xəbərdarlıq edib.

GununNebzi.az
“The Independent”ə istinadən xəbər verir ki, Kuleba bu barədə ölkənin yerli televiziya kanalına müsahibəsində danışıb.

“Rusiya Federasiyası ilə danışıqlara gedən hər kəsə nə isə yeməməyi, içməməyi, eləcə də səthlərə toxunmamağı tövsiyə edirəm”, - deyə Kuleba qeyd edib.

Xatırladaq ki, “Bellingcat” tədqiqatlar qrupunun məlumatına görə, Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş nümayəndə heyətinin üç üzvünün kimyəvi silahdan zəhərlənmə əlamətləri hiss etdiyi bildirilir. Onlardan birinin rusiyalı oliqarx Roman Abramoviç olduğu iddia edilib.“Qafqazinfo”

Tarix: 29-03-2022, 15:27 Oxunub: 222


Bölməyə aid digər xəbərlər