01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Aİ və ABŞ Rusiyaya qarşı sanksiyaları artıracaq

Aİ və ABŞ Rusiyaya qarşı sanksiyaları artıracaq

Avropa İttifaqı (Aİ) və ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyaların effektivliyinin artırılması və onlardan qaçmağın yollarının bağlanmasını müzakirə edirlər.

GununNebzi.az
xəbər verir ki, bu barədə Aİ Komissiyasının maliyyə üzvü Mayrid Makginnes və ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Brüsseldəki görüşdən əvvəl mətbuata açıqlama veriblər.

Makginnes Ukrayna xalqına və administrasiyasına transatlantik dəstəyin davam edəcəyini bildirib.

O, sanksiyaların Kremlin Ukraynaya qarşı qeyri-qanuni hücumunu davam etdirməsini çətinləşdirdiyini qeyd edib. Əlavə edib ki, Aİ və ABŞ sərt və eyni vaxtda sanksiyalar tətbiq etməkdə qərarlıdır.

Uolli Adeyemo da Rusiya-Ukrayna müharibəsinin Avropa ilə ABŞ arasında müttəfiqliyi daha da gücləndirdiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı iqtisadi sanksiyalardan mənfi təsirlənib. Deyib ki, Kremlin döyüş qaynaqları getdikcə azalır: "Biz Kremlin daha az resursa malik olmasını təmin etmək üçün addımlar atmağa davam etməkdə qərarlıyıq".

Adeyemo həmçinin əlavə edib ki, sanksiyalardan qaçmaq üçün səylərə də diqqət yetirəcəklər.

“Qafqazinfo”

Tarix: 29-03-2022, 20:17 Oxunub: 146


Bölməyə aid digər xəbərlər