13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Ukrayna “Toçka-U” ilə Rusiyanın desant gəmisini vurub - Video

Ukrayna “Toçka-U” ilə Rusiyanın desant gəmisini vurub - Video

Ukrayna Silahlı Qüvvələri Berdyansk limanında Rusiyaya məxsus iri desant gəmisi "Saratov"u "Toçka-U" raketi ilə məhv edib.

GununNebzi.az
xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Viktor Yaqun yerli telekanallardan birinin efirində deyib.

General vurğulayıb ki, gəmi birbaşa dənizdə hərbi əməliyyatlar üçün nəzərdə tutulmayan silahlarla məhv edilib. Onun sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri bir neçə belə əməliyyat keçirib.
General bildirib ki, Ukrayna hərbçiləri işğal olunmuş ərazilərin əhalisindən fəal şəkildə davamlı olaraq kəşfiyyat məlumatları alır.

"Əhalinin əhəmiyyətli bir hissəsi könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə və kəşfiyyata kömək edir. Məlumat onlayn qəbul edilir", - o deyib.

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç martın 24-də bildirib ki, ruslar “Saratov” gəmisində 400 dəniz piyadası, 20 tank və 40 zirehli transportyor çatdırmaq istəyirlər. Yanmış gəmi artıq qismən su altında qalıb.

(Qafqazinfo)

Tarix: 29-03-2022, 21:34 Oxunub: 164


Bölməyə aid digər xəbərlər