23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya Xarkovda xəstəxananı vurdu

Rusiya Xarkovda xəstəxananı vurdu

Rusiya ordusu Ukraynanın şərqindəki Xarkov vilayətinin Balakliya şəhərində regional xəstəxanaya hücum edib.

GununNebzi.az
xarici KİV-ə istinadən xəbər verir ki, Xarkov Qubernatorluğundan verilən açıqlamada, hücumun baş verdiyi Balakliya Regional Xəstəxanasında 70 xəstə və tibb işçisinin təcili təxliyə gözlədiyi bildirilib.

Xarkov qubernatoru Oleq Sinegubov məsələ barədə açıqlama verib:

“İşğalçılar Balakliya regional xəstəxanasına hücum edib və hücum nəticəsində xəstəxananın bir hissəsi zədələnib. 70 xəstə və səhiyyə işçisi təcili evakuasiya gözləyir. Biz insanları xilas etmək üçün hər şeyi edirik. Bu, Xarkov əhalisinə qarşı hərbi cinayətdir.

Balakliya Xarkov vilayətinin işğal olunmuş şəhəridir və merin işğalçıların tərəfini tutduğu yerdir. Ukrayna Silahlı Qüvvələrini ittiham etmək üçün mülki şəxslərə qarşı qəsdən hücumlar həyata keçirilir”.

Tarix: 2-04-2022, 23:33 Oxunub: 281


Bölməyə aid digər xəbərlər