23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Britaniya Buça ilə bağlı Rusiyaya “yox” dedi

Britaniya Buça ilə bağlı Rusiyaya “yox” dedi

BMT Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniya Rusiyaya Buçadakı vəziyyətlə bağlı iclasın keçirilməsinə razılıq verməyib.

GununNebzi.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.

Onun sözlərinə görə, Rusiya bu gün yenidən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edəcək.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüzə məruz qalmasını və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.“Qafqazinfo”

Tarix: 4-04-2022, 15:14 Oxunub: 153


Bölməyə aid digər xəbərlər