23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Danışıqları gecikdirməsi Rusiya üçün pis olacaq” - Zelenski

“Danışıqları gecikdirməsi Rusiya üçün pis olacaq” - Zelenski

“Rusiyanın danışıqlar prosesini gecikdirməsi onun üçün pis nəticələr verəcək”.

GununNebzi.az
UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski Buçada (Kiyev vilayəti) beynəlxalq və ukraynalı jurnalistlərlə söhbəti zamanı deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin Türkiyədəki görüşü nəticəsiz başa çatıb.

“Hər gün qoşunlarımız müəyyən ərazilərə girib işğaldan azad ediləndə siz nə baş verdiyini görürsünüz”, - deyə Zelenski bildirib.

"Onların burada nə etdiklərini görəndə danışmaq çox çətindir. Hər gün orada çəlləklərdə, zirzəmilərdə adamlar tapılır, boğularaq öldürülür, işgəncələrə məruz qalır. Ona görə də hesab edirik ki, əgər onların düşünəcəkləri bir şey varsa, daha tez düşünməlidirlər”, - Zelenski vurğulayıb.

O əlavə edib ki, istənilən halda Ukraynada sülh bərqərar olacaq:

“Çünki müasir Avropa ölkəmiz müharibə şəraitində yaşaya bilməz. Qələbəsiz sülhdən söhbət gedə bilməz. Qələbə ordumuzun döyüş addımları ilə paralel diplomatik formatda ola bilər. Ordumuz hər gün döyüş addımlarını nümayiş etdirir".

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün mülki əhalinin kütləvi olaraq öldürülməsi ilə gündəmə gələn Buça şəhərinə səfər edib.

Xatırladaq ki, martın 29-da İstanbulda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların birinci raundu baş tutub.

Tarix: 4-04-2022, 22:27 Oxunub: 105


Bölməyə aid digər xəbərlər