23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılması məsələsi müzakirə ediləcək

Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılması məsələsi müzakirə ediləcək

Amerika Birləşmiş Ştatları Rusiyanın BMT-nin İnsan Haqlar Şurasından kənarlaşdırılması ilə bağlı məsələ qaldıracaq.

Bu açıqlama ilə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild çıxış edib.

“Rusiyanın BMT-nin İnsan Haqları Şurasında iştirakı komediyadır. Bu yanlışdır və ona görə də biz inanırıq ki, BMT Baş Assambleyasında onun kənarlaşdırılması üçün səsvermənin vaxtıdır. Mənim mesajım Rusiyaya qarşı birləşmiş 140 ölkəydir: Buçadan olan görüntülər və Ukraynadakı dağıntılar bizdən indi öz sözlərimizi əməlimizlə dəstəkləməyimizi tələb edir”, - səfir qeyd edib.

Mənbə: Unian

Tarix: 5-04-2022, 06:55 Oxunub: 176


Bölməyə aid digər xəbərlər