Şarl Mişel rusiyalı əsgərləri təslim olmağa çağırdı

Şarl Mişel rusiyalı əsgərləri təslim olmağa çağırdı

Avropa İttifaqı (Aİ) silahı yerə qoyan rusiyalı əsgərlərə sığınacaq verə bilər”.

GununNebzi.az
“Zerkalo nedeli” nəşrinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa parlamentində çıxışı zamanı bildirib.

“Rusiyalı əsgərlərə bir mesajım var. Ukraynalı bacı və qardaşlarınızın qətlə yetirilməsində iştirak etmək və cinayətkar olmaq istəmirsinizsə, silahı yerə qoyun, döyüş meydanını tərk edin”, - deyə Mişel qeyd edib.

Onun sözlərinə görə, Avropa parlamentinin bəzi deputatlarının əmrlərə tabe olmayan rusiyalı əsgərlərə sığınacaq verilməsini təklif etməsindən xəbərdardır: “Hesab edirəm ki, bu, həyata keçirilməli olan dəyərli ideyadır”.

Tarix: 6-04-2022, 13:37 Oxunub: 131


Bölməyə aid digər xəbərlər