23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
XİN rəhbərlərinə sülh müqaviləsi ilə bağlı tapşırıq veriləcək

XİN rəhbərlərinə sülh müqaviləsi ilə bağlı tapşırıq veriləcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağı tapşırmaq barədə razılığa gəliblər.

GununNebzi.az
xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün yekunları üzrə yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, Prezident Mişel həm Prezident İlham Əliyevin, həm də Baş nazir Nikol Paşinyanın ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb.

Tarix: 7-04-2022, 09:31 Oxunub: 208


Bölməyə aid digər xəbərlər