21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Daha bir ölkə təbii qazın ödənişini "rubl"la ödəməyə razılaşdı

Daha bir ölkə təbii qazın ödənişini "rubl"la ödəməyə razılaşdı

Macarıstan Rusiyanın "dost olmayan ölkələrə" təbii qaz satışını rubl ilə həyata keçirmək məsələsinə müsbət cavab verib.

GununNebzi.az-
ın xarici mediaya istinadən verdiyi məlumata görə, Macarıstanın baş naziri Viktor Orban dünən keçirdiyi mətbuat konfransında Rusiya qazının pulunu rublla ödəməyə hazır olduqlarını bildirib.

Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto da təbii qazın Rusiyaya rublla ödənilməsi üçün texniki detalların işləndiyini açıqlayıb.

Rusiya qazının dost olmayan ölkələrə satışının rublla ödənilməsi üçün yeni sistem aprelin 1-dən qüvvəyə minib.

Müvafiq olaraq, Rusiya qazını alan ölkələr “Qazprombank”da hesab açıb bu banka ödənişlər etdikdən sonra vəsait Moskva birjasında rubla çevriləcək.(Manset.az)

Tarix: 7-04-2022, 15:16 Oxunub: 174


Bölməyə aid digər xəbərlər