23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bayden Ukraynaya daha çox silah verəcəyini vəd etdi

Bayden Ukraynaya daha çox silah verəcəyini vəd etdi

ABŞ Prezidenti Co Bayden Rusiya hərbçilərinin Kramatorskdakı dəmiryol vağzalına raket zərbəsi endirməsinə münasibət bildirib.

GununNebzi.az
xəbər verir ki, o, bunu vəhşilik adlandırıb və Tvitter səhifəsində Ukraynaya təhlükəsizlik və silah-sursat sahəsində dəstəyi davam etdirəcəyini vəd edib.

"Ukrayna dəmir yolu vağzalına hücum Rusiyanın təxliyə olunmağa və təhlükəsiz yerə çatmağa çalışan mülki vətəndaşlara qarşı törətdiyi növbəti dəhşətli vəhşilikdir”, - deyə Bayden yazıb.

O, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini və ölkəni qorumaq üçün silah tədarük edəcəyini vurğulayıb.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu hücumu araşdırmaq səylərini dəstəkləyəcəyik. Biz rusların hərəkətlərini sənədləşdirir və onları məsuliyyətə cəlb edəcəyik”, - ABŞ Prezidenti əlavə edib.

Tarix: 9-04-2022, 08:17 Oxunub: 203


Bölməyə aid digər xəbərlər