23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırır

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırır

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırır, eyni zamanda Rusiyadan S-400 sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərar hələ verilməyib.

GununNebzi.az
RİA Novosti-yə istinadən xəbər verir ki, bunu bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken ABŞ və Hindistanın müdafiə və xarici işlər nazirliklərinin rəhbərləri arasında “iki üstəgəl iki” formatında keçirilən ikitərəfli danışıqların yekunları üzrə Vaşinqtonda birgə mətbuat konfransında bildirib.

“Biz bütün ölkələri Rusiyadan silah sistemləri əldə etmək üçün böyük yeni sövdələşmələrdən qaçmağa çağırırıq, xüsusən də Rusiyanın Ukrayna ilə bağlı etdikləri fonda”, - o deyib.

S-400 alqı-satqısı ilə bağlı Hindistana qarşı potensial sanksiyalarla bağlı suala ABŞ diplomatiyasının rəhbəri əlavə edib: “Biz potensial sanksiyalar və ya sanksiyalardan potensial azadolmalar barədə hələ qərar verməmişik”.

Tarix: 12-04-2022, 07:26 Oxunub: 80


Bölməyə aid digər xəbərlər