16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
“Ukraynada iki minə yaxın mülki şəxs həlak olub”- BMT

“Ukraynada iki minə yaxın mülki şəxs həlak olub”- BMT

Birləşmiş Millətlər Təşkilatı Rusiya-Ukrayna müharibəsində Ukraynada ən azı 1982 mülki şəxsin həlak olduğunu və 2651 nəfərin yaralandığını açıqlayıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumata görə, müharibə başlayandan bəri Ukraynanı tərk edən mülki vətəndaşların sayı 4 milyon 796 min 245-ə yüksəlib. Onlardan 2 milyon 720 min 622 nəfərinin Polşaya, 726 min 857-sinin Rumıniyaya, 484 min 725 nəfərin Rusiyaya, 447 min 53-nün Macarıstana, 419 min 499-nun Moldovaya, 329 min 597-nin Slovakiyaya, 22 min 827 nəfərinin isə Belarusa getdiyi bildirilib.

Tarix: 16-04-2022, 00:32 Oxunub: 157


Bölməyə aid digər xəbərlər