21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
“Koronavirusdan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”- ÜST

“Koronavirusdan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”- ÜST

“Hazırda COVID-19-dan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”.

GununNebzi.az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O hesab edir ki, bununla belə, sayıqlığı əldən vermək olmaz.

ÜST koronavirusun yeni ştamlarının, o cümlədən rekombinatlarının meydana gəlməsi ehtimalını istisna etmir.

“ÜST-ün məqsədi 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etməkdir. Bu zaman əsas üstünlük tibb işçilərinə, yaşlılara və digər risk qruplarına verilir”, - o deyib.

Xatırladaq ki, bu gün Azərbaycanda 2022-ci il mayın 1-dən maska tələbi ləğv edilib. Bununla belə, ölkədə xüsusi karantin rejiminin müddəti 2022-ci il iyulun 1-dək uzadılıb.

Tarix: 22-04-2022, 20:14 Oxunub: 96


Bölməyə aid digər xəbərlər