23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Danimarkadan Rusiyaya xəbərdarlıq

Danimarkadan Rusiyaya xəbərdarlıq

Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.

GununNebzi.az
xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Jeppe Kofoda bildirib.

"Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və sərhəd pozuntusuna görə ona etiraz bildirilib. Rusiya tərəfindən Danimarka hava məkanının növbəti dəfə pozulması tamamilə qəbuledilməzdir və indiki vəziyyətdə xüsusi narahatlığa səbəb olur", - XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, aprelin 30-da Rusiyanın An-30 müşahidə və aerofotoqrafik təyyarəsi Danimarkanın Baltikyanı adalarından olan Bornholmdan şərqdə hava məkanını pozub.

Tarix: 1-05-2022, 19:17 Oxunub: 266


Bölməyə aid digər xəbərlər