10:22 / 19-12-2024
Neftimiz bahalaşdı
18:09 / 18-12-2024
Sabah da qar yağacaq
17:57 / 18-12-2024
Həbs müddətləri azaldıldı
Pentaqon: “ABŞ Ukraynadakı vəziyyəti Rusiyanın strateji uğursuzluğuna çevirməyi planlaşdırır”

Pentaqon: “ABŞ Ukraynadakı vəziyyəti Rusiyanın strateji uğursuzluğuna çevirməyi planlaşdırır”

ABŞ Ukraynadakı vəziyyəti “Rusiyanın strateji uğursuzluğu”na çevirmək istəyir.

Bu barədə GununNebzi.az kp.ru- a istinadən xəbər verir ki, Bunu mayın 2-də Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bəyan edib.

“Birləşmiş Ştatlar hökumətinin Rusiya ilə, eləcə də Avropanın təhlükəsizliyi, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı əsas məqsədi bu böhranın Rusiya üçün strateji uğursuzluqla başa çatmasıdır”, - deyə o, Vaşinqtonda Atlantika Şurasındakı seminarda çıxış edərkən bildirib.

Uollanderin fikrincə, Qərbin sanksiyaları zaman keçdikcə bütövlükdə Rusiya iqtisadiyyatına, xüsusən də onun müdafiə sənayesinə daha güclü zərbə vuracaq.

“Qərb Rusiya hakimiyyətini öz xalqı və dünya ictimaiyyəti qarşısında məsuliyyətə cəlb etməyə çalışacaq”, - deyə Pentaqon rəsmisi əlavə edib.

(oxu.az)

Tarix: 2-05-2022, 22:08 Oxunub: 143


Bölməyə aid digər xəbərlər