23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ruslar hələ də Xarkovu işğal etmək istəyirlər - Pentaqon

Ruslar hələ də Xarkovu işğal etmək istəyirlər - Pentaqon

Rusiya hələ də Xarkovu nəzarətə götürmək niyyətindədir.

GununNebzi.az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi deyib.

Kirbi bildirib ki, Ukrayna Silahlı Qüvvələri son günlər rusları vilayət mərkəzindən xeyli uzaqlaşdırıb:

"Ukraynalılar Xarkovu hələ də saxlayırlar. Onlar Xarkovu heç vaxt təslim etmədilər. Ukrayna rus qoşunlarını şəhərdən təxminən 20-30 mil şərqə doğru geri çəkib. Ruslar orada heç bir irəliləyiş əldə etməyiblər”.

O qeyd edib ki, Xarkov hələ də Rusiyanın hədəfindədir:

“Biz hələ də rusların Xarkovu almaq istədiyini düşünürük. Siz xəritəyə baxın görəcəksiniz ki, bu, böyük sənaye şəhəridir və birbaşa Donbasın şimal-qərbində yerləşir. Deyəsən, rusların hələ də Xarkov üçün planları var”.

Tarix: 5-05-2022, 10:51 Oxunub: 119


Bölməyə aid digər xəbərlər
24-02-2022, 18:58 Rus ordusu Xarkovu bombalayır