23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi TANIDI

Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi TANIDI

Çexiya Senatı Rusiya ordusunun Ukrayna ərazisindəki hərəkətlərini soyqırımı kimi tanıyıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Ukraynanın Çexiyadakı səfiri Yevgeni Perebiynis bildirib.

Qəbul edilmiş qətnamədə, həmçinin Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsi və Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd olmasına dəstək var.

Qətnamədə deyilir ki, Senat Rusiyanın sistemli və geniş miqyasda törətdiyi kütləvi edamlar, işgəncə, fiziki və mənəvi zorakılıq kimi insanlığa qarşı etnik motivli cinayətləri pisləyir.

Bundan əvvəl Kanada, Estoniya, Latviya və Litva Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım kimi tanıyıb.


(manşet.az)

Tarix: 11-05-2022, 20:52 Oxunub: 129


Bölməyə aid digər xəbərlər