23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya Finlandiyanı TƏHDİD ETDİ

Rusiya Finlandiyanı TƏHDİD ETDİ

Rusiya Finlandiyanın NATO-ya qoşulmaqla bağlı bəyanatlarına təhdid dolu cavab verib.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı kreml bəyanat yayıb.

bildirilib ki, finlandiya rusiyaya qarşı avropa birliyinin qeyri-dost addımlarına qoşulmağa başlayıb:

"belə addım təəssüf doğurur və buna cavab veriləcək. finlandiyanın nato-ya üzvlüyü rusiya üçün birbaşa təhdiddir. nato-nun genişlənməsi nə dünyanı, nə də avropanı daha sabit hala gətirəcək. rusiya ukraynada hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".

xatırladaq ki, finlandiyanın prezidenti və baş naziri bu gün nato-ya üzvlük üçün müraciətin tərəfdarı olduqlarını açıqlayıblar. nato-nun baş katibi yens stoltenberq finlandiyanın bu bəyanatından məmnunluğunu ifadə edib. o bildirib ki, finlandiyanın üzvlüyü həm nato, həm də finlandiyanın təhlükəsizliyini gücləndirəcək.

stoltenberq deyib ki, əgər finlandiya üzvlük üçün müraciət edərsə, nato-da müsbət qarşılanacaq, üzvlük prosesi rahat və sürətli olacaq. digər tərəfdən, ukrayna prezidenti volodimir zelenski finlandiya prezidenti ilə telefonla danışıb və nato-ya üzvlük qərarını dəstəkləyib.

(modern.az)

Tarix: 12-05-2022, 16:19 Oxunub: 178


Bölməyə aid digər xəbərlər