23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Pekin sakinlərinə alış-veriş üçün 1,7 milyard dollar paylanacaq

Pekin sakinlərinə alış-veriş üçün 1,7 milyard dollar paylanacaq

Çinin paytaxtı Pekində səlahiyyətlilər alış-veriş üçün istifadə olunacaq istehlakçı vauçerlər paylayaraq əhalini və iqtisadiyyatı dəstəkləmək qərarına gəlib.

Şəhər hökuməti ümumi dəyəri 12,2 milyard yuan (1,7 milyard ABŞ dolları) olan istehlakçı vauçerləri buraxmaq qərarına gəlib. Pekin belə aksiyanın keçirildiyi ilk Çin şəhəri deyil.

Plana əsasən, vauçerlərin paylanması dörd mərhələdə - 6, 13, 20 və 27 iyun tarixlərində həyata keçiriləcək. Pekin sakinləri artıq bu gün ilk vauçerləri JD.com onlayn platformasından əldə etməyə başlayıblar. Vauçerlər mədəniyyət, təhsil, turizm, idman, eləcə də ictimai iaşə sahələrində alış-verişə xərclənə biləcək.

Eyni zamanda kuponların istifadə müddəti var: onları əldə etdikdən sonra 14 gün ərzində istifadə etmək lazımdır.


Tarix: 6-06-2020, 16:09 Oxunub: 118


Bölməyə aid digər xəbərlər