21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Seneqalda xəstəxanada yanğın: 11 körpə həlak oldu

Seneqalda xəstəxanada yanğın: 11 körpə həlak oldu

Seneqalın Tivauan şəhərində xəstəxanada baş verən yanğında azı 11 yeni doğulmuş körpə həlak olub.

GununNebzi.az
xəbər verir ki, bu barədə ölkə prezidenti Makki Sal “Twitter” səhifəsində məlumat verib.

“Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin öldüyünü indicə ağrı və dəhşətlə öyrəndim”, - deyə o yazıb.

Dövlət başçısı həlak olan uşaqların ailələrinə başsağlığı verib.

Şəhər meriyası məlumat verib ki, üç uşaq xilas edilib. Yanğına qısaqapanma səbəb olub.

Tarix: 26-05-2022, 10:32 Oxunub: 36


Bölməyə aid digər xəbərlər