23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İraqda xəstəxanada baş vermiş yanğınla əlaqədar bu ölkəyə başsağlığı verib.

GununNebzi.az
xəbər verir ki, bu haqda XİN-in tviter səhifəsində paylaşım edilib.

“İraqın Nəsiriyə şəhərində Əl-Hüseyin xəstəxanasında baş verən yanğın bizi dərindən kədərləndirdi. Yanğında həlak olanların ailələrinə və İraq xalqına öz başsağlımızı çatdırırıq. Bu çətin günlərdə İraq dövləti və xalqının yanındayıq”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İraqın cənubunda Zikar vilayətində yerləşən İmam Hüseyn Tədqiqat Xəstəxanasında yanğın olub. Son məlumatlara görə, yanğın nəticəsində həlak olanların sayı 54-ə çatıb.

Tarix: 13-07-2021, 11:15 Oxunub: 153


Bölməyə aid digər xəbərlər