23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kılıçdaroğlu Ərdoğanla ailəsinə 100 min lirə təzminat ÖDƏYƏCƏK

Kılıçdaroğlu Ərdoğanla ailəsinə 100 min lirə təzminat ÖDƏYƏCƏK

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan və qohumları barəsində söylədiyi ifadələrə görə 100 min lirə (10 min 380 AZN) mənəvi təzminat ödəmək cəzasına məhkum edilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb.

Belə ki, Kılıçdaroğlu 2020-ci il avqustun 17-də bir qəzetə verdiyi müsahibəsində sözügedən şəxslərə qarşı işlətdiyi ifadələrə görə bu cəza ilə üzləşib.

Prezident Rəcəb Tayyib Ərdoğan, qardaşı Mustafa Ərdoğan, Prezidentin övladları: Ahmet Burak Ərdoğan, Necmeddin Bilal Ərdoğan, Esra Albayrak və Sümeyye Ərdoğan Bayraktar “şəxsi hüquqlara hücum” səbəbilə vəkilləri vasitəsilə Anadolu məhkəməsinə müraciət edib.

Məhkəmə isə öz növbəsində Kılıçdaroğlunun Prezident Ərdoğana 50 min lirə, Ahmet Burak Ərdoğan, Necmeddin Bilal Ərdoğan, Esra Albayrak, Sümeyye Ərdoğan Bayraktar və Mustafa Ərdoğanın hər birinə isə 10 min lirə mənəvi təzminat ödəməsinə verilməsinə qərar verib.

Tarix: 26-05-2022, 19:15 Oxunub: 128


Bölməyə aid digər xəbərlər
6-12-2021, 20:00 Ərdoğan Qətərə getdi