21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Ərdoğan İsveç və Finlandiyadan tələblərini açıqladı

Ərdoğan İsveç və Finlandiyadan tələblərini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Stoltenberqlə telefon danışığı aparıb.

GununNebzi.az
xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi müzakirə olunub.

Ərdoğan görüşdə İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı Türkiyənin təhlükəsizlik narahatlıqlarının ədalətli və qanuni əsaslara söykəndiyini bildirib.

Türkiyə Prezidenti hər iki ölkənin terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməli olduqlarını vurğulayıb.

NATO-nun Baş katibi Stoltenberq də mühüm müttəfiqi olan Türkiyənin gözləntilərinin qarşılanmasının vacibliyinə diqqət çəkib.

Tarix: 3-06-2022, 22:32 Oxunub: 131


Bölməyə aid digər xəbərlər