23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Litva Türkiyənin bağışladığı “Bayraktar”ı Ukraynaya göndərdi

Litva Türkiyənin bağışladığı “Bayraktar”ı Ukraynaya göndərdi

Litva Türkiyənin bağışladığı “Bayraktar” pilotsuz uçuş aparatını Ukraynaya göndərib.

GununNebzi.az
“Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Litvanın müdafiə naziri Arvidas Anusauskas açıqlayıb.

Onun sözlərinə görə, Litva Müdafiə Nazirliyi bununla bağlı bütün hüquqi məsələləri həll edib.

Xatırladaq ki, mayın 25-i Litvada Ukraynaya “Bayraktar” alınması ilə bağlı kampaniya başladılıb və 5 milyon avro vəsait toplanılıb.

Bunun ardınca Litva müdafiə nazirinin müavini Vilyus Semeşka sözügedən məsələ ilə bağlı Türkiyəyə səfər edib və “Baykar” şirkətinin rəsmiləri ilə görüşüb. Kampaniya barədə məlumat alan “Baykar” şirkəti ölkəyə “Bayraktar”ı ödənişsiz olaraq verəcəyini bildirib. Şirkət, həmçinin “Bayraktar” alınması üçün toplanan vəsaitin humanitar yardım olaraq Ukraynaya göndərilməsini istəyib.


(qafqazinfo)

Tarix: 7-07-2022, 10:01 Oxunub: 33


Bölməyə aid digər xəbərlər