23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türkiyə səfiri Ukrayna XİN-ə çağırılacaq

Türkiyə səfiri Ukrayna XİN-ə çağırılacaq

Türkiyənin Kiyevdəki səfiri Yağmur Güldere Ukrayna Xarici İşlər Nazirliyinə çağırılacaq.

GununNebzi.az
“Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna XİN-in rəsmi sözçüsü Oleq Nikolenko açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb Ukrayna taxılını daşıyan “Jibek Jolı” adlı Rusiya bayrağı altına üzən gəminin Türkiyənin Karasu limanını tərk etməsinə icazə verilməsi olub.

“Türkiyənin Kiyevdəki səfiri bu qəbuledilməz vəziyyətə aydınlıq gətirmək üçün Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunacaq”, - deyə Nikolenko söyləyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Türkiyənin Ukrayna taxılını daşıdığı iddia edilən bu Rusiya yük gəmisini saxlaması barədə məlumat yayıb. Ukrayna mediası bu gün sözügedən gəminin sərbəst buraxıldığını iddia edib.

Tarix: 7-07-2022, 17:33 Oxunub: 38


Bölməyə aid digər xəbərlər